Türkiyə Superliqasının 11-ci turunun açılış matçında "Qalatasaray" və "Fənərbaxça" üz-üz gəlib.
Bizimaz.az qol.az-a istinadən xəbər verir ki, "Türk Telekom Arena"da keçirilən qarşılaşmadan öncə üzücü hadisə baş verib.
Koray Şener adlı gənc "Fənərbaxça" fanatı stadiona gedərkən ürəktutmasından dünyasını dəyişib. Şener Təcili Tibbi Yardımla xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.
Hadisədən xəbərdar olan "Fənərbaxça" azarkeşlərinin hamısı ikinci hissədə "Türk Telekom Arena"nı tərk edərək Şenerin aparıldığı xəstəxanaya yollanıblar.
Xatırladaq ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.