Bizimaz.az: Oyunun baş hakimi rusiyalı Aleksey Yeskov olacaq. Ona həmyerliləri Dmitri Mosyakin və Anton Averianov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Valeri Dançenko yerinə yetirəcək.
Farer adaları - Azərbaycan oyunu
Bakı vaxtı ilə saat 22:45-də Torsvollur stadionunda başlayacaq.
Xatırladaq ki, milli komandamız UEFA Millətlər Liqasının D liqasının 3-cü qrupunda Farer adaları, Malta və Kosovo milliləri ilə mübarizə aparır. İki turdan sonra Qurban Qurbanovun yetirmələri 2 xalla qrupda üçüncü pillədə qərarlaşıblar. Sentyabrın 7-də
Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1.