Rusiya Premyer Liqasında 12-ci turdan sonra futbolçuların reytinqi açıqlanıb.
Bizimaz.az: 12-ci turda ən yaxşı futbolçu "Rostov”un azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev seçilib. O, 361 bal toplayıb. Ayaz "Anji” ilə oyunda komandasının qələbəsinə böyük töhfə verib.
İlk "üçlük”də "Lokomotiv”in hücumçusu Entonio Eder (357) və "Dinamo”nun müdafiəçisi Sebastyan Holmen (341) də qərarlaşıb.
12 turdan sonra ümumi sıralamada isə ÇSKA-nın yarımmüdafiəçisi Nikola Vlaşiç liderlik edir - 311 bal. "Lokomotiv”in futbolçusu Manuel Fernandes 2-ci (297), "Zenit”in üzvü Lenadro Paredes isə 3-cü (295) yerdədir.
"Rostov” 12 turdan sonra 21 xal toplayaraq, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.