"Qarabağ" futbol klubu islandiyalı qapıçısı Hannes Tor Halldorssonun Bakıda törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb.
Bizimaz.az: klubun yaydığı məlumatda deyilir:
"Dünən axşam saatlarında "Qarabağ"ımızın qapıçısı Hannes Tor Halldorsson evinə yollanarkən, yol nəqliyyat hadisəsi baş verib. Belə ki, qolkiperimiz idarə etdiyi avtomobillə piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə çalışan 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurub. Halldorsson yaralıya ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıb və bu barədə hüquq mühafizə orqanlarına məlumat verib. Hüquq mühafizə orqanları tərəfindən müvafiq prosedurlar tamamlandıqdan sonra qapıçımız evinə yollanıb. Yaralı ciddi xəsarət almayıb, sadəcə sağ diz qapağında sürüşmə olub, həkimlər anında müdaxilə eləyib və yaxın günlərdə evinə buraxılacağı gözlənilir. "Qarabağ" Futbol Klubu yaşanmış hadisədən təəssüf hissi keçirir və zərərçəkmişin tezliklə sağalmasını diləyir".