Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı Elxan Məmmədovla Elmar Qasımov arasındakı problemdən danışıb.
Bizimaz.az xəbər verir ki, Unikal.org-a müsahibə verən federasiya rəsmisi dünya çempionatındakı uğursuzluğa da toxunub:
- Bir müddət öncə Elxan Məmmədov "CBC sport” kanalına Elamar Qasımovun 2017-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 3-cü yer uğrunda görüşdə ona qalib gəlməsindən sonra "I am number one from Azerbaijan” (Mən Azərbaycanın bir nömrəsiyəm) deməsi ilə bağllı suala cavab verib. O bunun yaxşı qarşılamadığını və "Hər kəs kim olduğunu göstərir” deyib. Maraqlıdır onlar arasında belə bir gərginliyin olmasına səbəb nədir?
- Onlar arasında bir qalamaqal olduğunu düşünmürəm. Bu sadəcə o deməkdir ki, o "number 1”dır (nömrə 1) özünün də elə olduğunu göstərir.
- Elmar bəy, bəlkə də bu açıqlama ilə aralarında sülh yaratmağa çalışırsınız. Amma Elxan Məmmədovun açıqlaması heç də bu mənada olmayıb.
- O "I’m champion” da deyə bilərdi, "I’m the best” də deyə bilərdi.
- Həm məşqçi-tələbə, həm də komanda yoldaşı olan cüdoçular arasında heç bir problem yoxdur?
- Xeyr heç bir qalamaqal, problem yoxdur.
- Bir müddət öncə başa çatan, ölkəmizdə baş tutmuş Dünya çempionatına da toxunmağınızı istəyərdik. Nəticə heç də ürəkaçan olmadı.
- Təbii ki, uğur gözlədiyimiz idmançılar bizi məyus etdi.
Hamısı məşqçinin günahı deyil. İdmançılarımız yarışa tam hazır idilər. Təlim-məşqləri necə lazım idi keçmişdilər. Yaponiyada da məşqlərdə olmuşdular. Uğur üçün nə lazımdırsa təmin olunmuşdular. Federasiya tərəfindən də, məşqçilər korpusu tərəfindən də hər şey edilmişdi. Sadəcə burada bir az bəxt amili də var.
Orxan səhv etdi və nəticədə uduzdu, o özünün ani bir səhvi üzündən "ippon”a düşdü. Rüstəm də onun kimi. Onun da potensialı var, amma imkanlarından aşağı çıxış etdi. Bir sözlə alınmadı...
Bir haşiyəyə çıxım. Ölkədə böyüş miqyaslı, 124 ölkənin qatıldığı bir çempionat keçirilib. Bu sevindirici haldır.
- Bəs dediyiniz şərait, imkanlar varkən (maddi-mənəvi) çempionatı 1 gümüş və 1 bürüclə başa vurmağımızda səbəbkar kimdir?
- Cüdoda, idman aləmində böyük nüfuza malik olan ölkələr var idi ki, dünya çempionatında heç bir medal qazana bilmədi. Ötən il Macarıstanda keçirilən dünya çempionatında Macarıstan millisi bir medal da qazana bilməmişdi.
Cüdo o biri idman növlərindən bir qədər fərqlidir. "İppon” deyilən bir fənd var. "İppon” səhvi bağışlamır.
- Bəs günahkar kimdir?
- Mən heç idmançıları da günahlandırmıram. Həmin gün sadəcə olaraq onun bəxti gətirmədi.
- Ya federasiya prezidenti Rövnəq Abdullayev, ya vitse-prezident Sadıq Sadığov, ya da siz özünüz bu cür nəticədən sonra baş məşqçi və komandanın digər üzvləri ilə söhbət aparıb, şərtlər irəli sürdü?
- Əlbəttə danışıldı. Baş məşqçi və digər məşqçilərlə də söhbət aparılıb.
Aygün İlqarqızı