Xəbər lenti



"Beynəlxalq ictimaiyyət onun üzərində təzyiqi artırmasa Rusiya Ukraynaya qarşı müharibəni dayandırmaq üçün real addımlar atmayacaq."

 

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski öz "X" hesabında yazıb.

O, qeyd edib ki, Moskva artıq 54 gündür ABŞ-ın tam atəşkəs təklifini görməzdən gəlir.

Zelenski bildirib ki, Kiyev üçün atəşkəs istənilən anda mümkündür, lakin diplomatiyaya real şans vermək üçün bu atəşkəs ən azı 30 gün davam etməlidir:

"Putin tanklarını paradda nümayiş etdirmək istəyə bilər, amma o, müharibəni necə bitirmək barədə düşünməlidir. Üç əsas şey vacibdir: Rusiyaya qarşı sərt sanksiyalar, Ukraynaya dəstəyin davamı və Avropada müdafiə əməkdaşlığının əhəmiyyətli dərəcədə gücləndirilməsi. Rusiya başa düşməlidir ki, avropalılar özlərini müdafiə edə bilərlər.", - o bildirib./apa

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov