Xəbər lenti



Rusiya Prezidenti Vladimir Putin dekabrın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edəcək.

Prezidentlərin görüşü zamanı Rusiya və Türkiyə arasında ikitərəfli münasibətlərlə yanaşı, Qüds məsələsi ətrafında baş verən son hadisələr və Suriyadakı vəziyyət müzakirə olunacaq.




"Mikayıl Cabbarov keçmiş iqtisadi inkişaf, indiki iqtisadiyyat nazirliyində çalışıb. Əslində, onun təhsil naziri vəzifəsi istisna olmaqla, digər vəzifələri birbaşa iqtisadiyyatla bağlı vəzifələr olub".

Bunuiqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Vergi sisteminin spesifik sektor olduğunu vurğulayan iqtisadçı nazirlikdə gözlənilən kadr dəyişikliklərinə toxunub. Bildirib ki, nazirliyin bütün kadrlarının dəyişdirilməsi müsbət addım olmazdı: "Sözsüz, hər bir yeni nazir öz kamandasını formalaşdırır. O baxımdan, gözləniləndir ki, Vergilər Nazirliyində də yeni komanda formalaşsın. Lakin bu zaman keçmişdə işləyən mütəxəssislərdən istifadə edilməsi məqsədəuyğundur. Vergi sektoru strateji siyasətdir. Birbaşa qeyri-neft sektorunu və sahibkarlığın inkişafını müəyyənləşdirir. Vergi sistemi nə qədər optimal olursa, qeyri-neft sektorunun inkişafı bir o qədər stimullaşır".    

V.Bayramov yeni nazirdən gözləntilərə toxundu: "Əsas gözlənti vergi siyasətinin liberallaşdırılmasının həyata keçirilməsidir. Vergi siyasəti liberallaşmayınca, vergi yükü azalmayınca, qeyri-neft sektorunda iqtisadi islahatların uzunmüddətli effektini müşahidə etmək çətin olacaq.

Etiraf etmək lazıdmır ki, vergi sistemi Fazil Məmmədovun dövründə elektronlaşmışdı və bu sistem Azərbaycanda elektron hökumətin elementlərini ilk tətbiq edən sektor idi. İndiki məqamda daha liberal, qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarların inkişafını stimullaşdıran və təşviq edən vergi siyasətinin həyata keçirilməsinə ehtiyac var. Ümid edək ki, Mikayıl Cabbarov liberal vergi siyasətinin tətbiqinə nail ola biləcək".






Mixail Saakaşvili Ukrayna Baş Prokuroru Yuri Lutsenkonun ifadə vermək üçün yerli prokurorluğa gəlmək çağırışını rədd edib.

 Saakaşvili müstəntiqləri etirazçıların çadırına çağırıb.  

 Lutsenkonu yalançı, ikiüzlü və savadsız adlandıran diplomat onu saymadığını deyib.  

Eyni zamanda, Saakaşvili saat 20:00-da Kiyevin mərkəzində Pyotr Poroşenkonun istefası tələbi ilə mitinq təşkil edəcəyini də vurğulayıb.




Ermənistan parlamenti Rusiyadan İrəvana 100 milyon dollarlıq kredit verilməsi ilə bağlı sazişi ratifikasiya edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 24-də bağlanan hökumətlərarası sazişə əsasən Rusiya Ermənistana müasir silahlanma, hərbi avadanlıq əldə etmə və təchizatların maliyyələşdirilməsi üçün 100 milyon dollar məbləğində kredit ayıracaq.

Müqaviləyə əsasən, Ermənistana ayrılması nəzərdə tutulan 100 milyon dollarlıq hərbi kredit 15 il (2023-2037-ci illər) müddətinə illik 3 faizlə veriləcək.

Xatırladaq ki, 2015-ci ilin iyunun 26-da Ermənistan və Rusiya Federasiyası arasında silah tədarükü ilə bağlı 200 milyon dollarlıq kredit müqaviləsi imzalanıb.




Energetika Nazirliyi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycanın cari ilin noyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Energetika Nazirliyindən AzVision.az–a verilən xəbərə görə, həmin məlumatlara əsasən, cari ilin noyabr ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 790,7 min barrel olub. Bunun 735,8 min barrelini xam neft, 54,9 min barrelini kondensat təşkil edib. Gündəlik 643,4 min barrel xam neft, 54,9 min barrel kondensat, 15 min barrel isə neft məhsulları ixrac edilib. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də tam yerinə yetirib.

Qeyd edək ki, Respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda 793,7 min barrel, iyulda 796,7 min barrel, avqustda 734,8 min barrel , sentyabrda 785,7 min barrel, oktyabrda isə 800,6 min barrel olub.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub. Cari ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov