Xəbər lenti



ABŞ və Türkiyənin Suriyada toqquşma ehtimalı getdikcə artır.

 

Bu sözləri açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Türkiyənin Afrində apardığı əməliyyatların miqyası artdıqca ABŞ hərbçiləri tərəfindən dəstəklənən PYD qruplaşmalarının bölgədə fəallığı da artır:

“Bu onu göstərir ki, ABŞ hər vəchlə regionda Türkiyənin fəaliyyətini məhdudlaşdırmağa çalışır. Ancaq Türkiyə PYD-nin əli ilə ona qarşı hazırlanan oyundan xəbərdardır və buna rəğmən əməliyyatları dayandırmaq niyyətində deyil. Maraqlıdır, artıq Türkiyə rəsmiləri bəyan ediblər ki, Amerika rəsmiləri ilə bu barədə danışıqlar aparmaq niyyətində deyillər. Mahiyyət açıqlanmasa, bu bəyanat onu düşünməyə imkan verir ki, ABŞ Türkiyəyə əməliyyatların həcmini azaltmaq və bir sıra digər təkliflər edib. Təkliflər daha çox PYD-nin mənafelərinə uyğun olduğu üçün Türkiyə Amerika ilə dialoqa getməyəcək. Digər tərəfdən, Türkiyənin məqsədi bölgədə təhlükəsizlik zolağı yaratmaqdır. İş orasındadır ki, bu zolağın ərazisində bir neçə Amerika hərbi bazası yerləşir. Bu bazaların taleyi isə sual altındadır. Türkiyə dəfələrlə Amerikadan həmin bazaları ərazidən yığışdırmağı tələb edib. ABŞ isə cari hərbi planlarında dəyişiklik etmək fikrində deyil. Bu fonda Suriyada birbaşa toqquşma ehtimalı yüksəkdir”.

Ekspert qeyd edib ki, Amerika hazırda PYD-nin əli ilə bölgədə möhkəmlənməyə çalışır:

“Buna görə də ABŞ PYD-nin Suriyada tutduğu mövqelərdən geri çəkilməsinə imkan vermir. Ancaq istənilən halda Türkiyə əməliyyatları dayandırmayacaq. Türkiyənin hədəfi təkcə Afrin deyil, eyni zamanda, Menbic və digər bölgələrdir. Belə vəziyyətdə isə qeyri-müəyyənlik artır. Vəziyyətdən yeganə çıxış yolu Amerika və Türkiyə arasında birbaşa dialoqun təmin olunmasıdır. Bu, hələ ki müşahidə olunmur. Nə qədər ki, tərəflər ortaq məxrəcə gəlməyiblər, birbaşa toqquşmalar qaçılmazdır. Bu da zəncirvari reaksiyalara gətirib çıxaracaq”.

Qeyd edək ki, ABŞ Dövlət katibi Tillerson 15 fevralda Türkiyəyə səfər edəcək.

11 Aprel 2025 “Sizinlə işləməyi səbirsizliklə gözləyirəm” - Trampdan Əliyevə
09 Aprel 2025 “Bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq”
08 Aprel 2025 19 aptekdə yoxlama aparıb
08 Aprel 2025 Qaçaqmalçılara rüşvət müqabilində kömək edən gömrükçülər HƏBS EDİLDİ
08 Aprel 2025 Ağdaban qətliamından 33 İL ÖTÜR
07 Aprel 2025 Ötən ay 51 nəfərin diplomu tanınmayıb
07 Aprel 2025 İşdən çıxarılan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA
07 Aprel 2025 İran: Danışıqlar üçün ABŞ-nin qərarını gözləyirik
07 Aprel 2025 MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır
07 Aprel 2025 Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparılır
07 Aprel 2025 Özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur
04 Aprel 2025 İlham Əliyev Alparslan Bayraktarı qəbul edib
04 Aprel 2025 Həqiqi hərbi xidmətdə olmağın yaş həddi ilə bağlı DƏYİŞİKLİK
04 Aprel 2025 Erməni təxribatları ara vermir: Növbəti antiterrorların da aqibəti eyni olacaq
04 Aprel 2025 Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI
04 Aprel 2025 Hikmət Hacıyevə ağır itki üz verdi
04 Aprel 2025 Dünya üçün həyəcan təbili: "Tramp ticarət müharibəsinə başladığını təsdiqlədi"
01 Aprel 2025 İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərildi
01 Aprel 2025 İcmadan “Doyçe Velle”yə etiraz
01 Aprel 2025 Zəlzələ nəticəsində ölənlərin sayı 2700-ü ötüb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov