Xəbər lenti



Aprelin 11-nə təyin olunan növbədənkənar prezident seçkiləri ilə bağlı bir neçə müxalifət partiyası bəyanat verərək, boykot yolunu tutub.

İlk olaraq Milli Şura seçkiləri boykot etmək barədə açıqlama yaydı. Ardınca, Müsavat Partiyası, Azərbaycan Liberal Partiyası, Ümid Partiyası seçkilərə qatılmayacaqlarını bəyan etdi.

Müxalifət partiyalarının seçkilərə qatılmaması hakim Yeni Azərbaycan Partiyası (YAP) üçün hansı çətinlik yarada bilər?

Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Modern.az-a açıqlamasında deyib ki, prezidentliyə namizədliyini irəli sürmüş hər bir şəxs üçün şərait var.

“Azərbaycanda ədalətli, demokratik, azad seçki keçirilməsi üçün bütün mühüm şərait var. Qanunvericiliyə uyğun olaraq, hər bir siyasi partiya, tələblərə uyğun olaraq isə hər bir vətəndaş namizədliyini irəli sürə bilər. Buna görə hər bir siyasi partiya üçün hər cür şərait yaradılıb”.


YAP rəsmisi bəzi müxalifət partiyalarının seçkiləri boykot qərarının arxasında səbəblər gizləndiyini deyib:


“Seçkilərdə partiya rəhbərlərinin bir hissəsi iştirak edib, digər hissəsi iştirak etmirsə, bunun səbəbləri tamamilə başqadır. Səbəb ondan ibarətdir ki, o təşkilatlar xaricdən maliyyələşir. Onların bəziləri erməni lobbisinin, müəyyən təşkilatların təsiri altındadır. Onlara göstəriş verilib ki, “seçkilərdə iştirak etməyin”. Onlar da iştirak etməkdən imtina edib.  Ümumiyyətlə, onlara göstəriş versələr ki, “seçkilərdə  iştirak edin” edəcəklər, yaxud da əksinə. Bunlar nə dərnəyin üzvlərinin, nə də onların adi rəhbərinin qərarı ilə deyil, hansısa ayrı-ayrı ölkələrin, qeyri-hökumət təşkilatlarının, pul verən şəxslərin tapşırığı ilə oturub-dururlar. Ona görə də heç bir narahatlığa əsas yoxdur.
Prezident seçkilərində iştirak edəcək namizədlərinin sayı 20-yə çatıb. Hamısı da layiqli insanlardır, Azərbaycan vətəndaşlarıdırlar. Kimlər ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, sənədlərini düzgün təqdim edəcəksə, imzalarını toplayıb verəcəksə, o da qeydiyyatdan keçəcək”.





Namidə BİNGÖL
11 Aprel 2025 “Sizinlə işləməyi səbirsizliklə gözləyirəm” - Trampdan Əliyevə
09 Aprel 2025 “Bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq”
08 Aprel 2025 19 aptekdə yoxlama aparıb
08 Aprel 2025 Qaçaqmalçılara rüşvət müqabilində kömək edən gömrükçülər HƏBS EDİLDİ
08 Aprel 2025 Ağdaban qətliamından 33 İL ÖTÜR
07 Aprel 2025 Ötən ay 51 nəfərin diplomu tanınmayıb
07 Aprel 2025 İşdən çıxarılan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA
07 Aprel 2025 İran: Danışıqlar üçün ABŞ-nin qərarını gözləyirik
07 Aprel 2025 MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır
07 Aprel 2025 Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparılır
07 Aprel 2025 Özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur
04 Aprel 2025 İlham Əliyev Alparslan Bayraktarı qəbul edib
04 Aprel 2025 Həqiqi hərbi xidmətdə olmağın yaş həddi ilə bağlı DƏYİŞİKLİK
04 Aprel 2025 Erməni təxribatları ara vermir: Növbəti antiterrorların da aqibəti eyni olacaq
04 Aprel 2025 Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI
04 Aprel 2025 Hikmət Hacıyevə ağır itki üz verdi
04 Aprel 2025 Dünya üçün həyəcan təbili: "Tramp ticarət müharibəsinə başladığını təsdiqlədi"
01 Aprel 2025 İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərildi
01 Aprel 2025 İcmadan “Doyçe Velle”yə etiraz
01 Aprel 2025 Zəlzələ nəticəsində ölənlərin sayı 2700-ü ötüb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov