Xəbər lenti



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 12-də Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Arxiyepiskop Pol Riçard Gallageri Azərbaycanda salamlayan Birinci vitse-prezident Mehriban Əliyeva bu səfərin ölkəmizlə Müqəddəs Taxt-Tac arasında münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini ifadə etdi. Mehriban Əliyeva Azərbaycanın ölkələrimiz arasında olan münasibətlərə böyük əhəmiyyət verdiyini bildirdi.

Qeyd etdi ki, son illər yüksək səviyyədə keçirilən görüşlər, səfərlər, 2002-ci ildə Roma Papası II İohann Pavelin, 2016-cı ildə Roma Papası I Fransiskin Azərbaycana səfərləri bu münasibətlərdə yeni tarixi səhifə açıb. Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını deyən Birinci vitse-prezident Mehriban Əliyeva xalqımızın bu tolerantlığı, dözümlülük ab-havasını, əmin-amanlığı çox yüksək qiymətləndirdiyini vurğuladı. Bildirdi ki, bu, həm Azərbaycan dövlətinin siyasəti, həm də Azərbaycan cəmiyyətinin həyat tərzidir. “Bu, Azərbaycanın ən böyük sərvətlərindən biridir və eyni zamanda, heç də sabit olmayan dünyaya vacib bir mesajdır”, - deyən Mehriban Əliyeva bizim belə münasibəti həm Azərbaycanda qoruduğumuzu, həm də dünyada təbliğ etdiyimizi diqqətə çatdırdı.



Son illər Heydər Əliyev Fondu ilə Vatikan arasında mövcud əlaqələrdən məmnunluğunu ifadə edən Mehriban Əliyeva birgə reallaşdırılan irimiqyaslı layihələrin əhəmiyyətini vurğuladı. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının və ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümləri münasibətilə 2011-2012-ci illərdə Vatikanda Pol Riçard Gallagerin dəstəyi ilə böyük tədbirlərin keçirildiyini, Vatikan muzeylərindən birində Azərbaycanın tarixini, ənənələrini əks etdirən sərginin təşkil olunduğunu xatırladan Birinci vitse-prezident bildirdi ki, Azərbaycan Vatikan muzeyində sərgini keçirən ilk müsəlman ölkəsi olması ilə fəxr edir. Mehriban Əliyeva Azərbaycanın, eyni zamanda, məşhur xristian abidələrinin qorunmasına öz töhfəsini verdiyini diqqətə çatdıraraq bildirdi ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası işləri görülüb və 2016-cı ildə katakombalar ictimaiyyət üçün açılıb. “Çox şadam ki, Heydər Əliyev Fondu bu layihədə iştirak edib”, - deyən Birinci vitse-prezident diqqətə çatdırdı ki, Fond Piyo-Klementino muzeyində Zevsin heykəlinin bərpasında, o cümlədən “Sistina” zalında yenidənqurma işlərinin aparılmasında iştirak edib. Mehriban Əliyeva tədqiqatçılarımıza Vatikanın məxfi arxivində çalışmaq imkanı yaradıldığına görə minnətdarlığını bildirdi. Qeyd etdi ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər təqdirəlayiqdir. Azərbaycanın Birinci vitse-prezidenti gələcəkdə də belə layihələrin davam etdirilməsinə hazır olduğunu dedi. Bildirdi ki, hazırda müqəddəs Sebastyan katakombalarında sərdabaların bərpası davam edir və bu ilin sonunda bu layihənin başa çatacağı nəzərdə tutulur. Bu illər ərzində işbirliyinin dostluq səviyyəsinə yüksəldiyini deyən Mehriban Əliyeva buna görə minnətdarlığını bildirdi, gələcəkdə də bu dostluğun davam edəcəyinə əminliyini ifadə etdi.



Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Gallager ölkəmizdə üç gün ərzində olduğunu, səfərin ona gözəl təəssürat bağışladığını, səmərəli görüşlərin keçirildiyini dedi, xalqımızın qonaqpərvərliyini yüksək dəyərləndirdi. Qonaq ölkəmizə səfəri çərçivəsində katolik icması ilə görüşdüyünü diqqətə çatdırdı. Arxiyepiskop Pol Riçard Gallager Roma Papası I Fransiskin və dövlət katibi kardinal Pietro Parolinin salamlarını Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırdı.
08 Aprel 2025 Ağdaban qətliamından 33 İL ÖTÜR
07 Aprel 2025 Ötən ay 51 nəfərin diplomu tanınmayıb
07 Aprel 2025 İşdən çıxarılan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA
07 Aprel 2025 İran: Danışıqlar üçün ABŞ-nin qərarını gözləyirik
07 Aprel 2025 MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır
07 Aprel 2025 Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparılır
07 Aprel 2025 Özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur
04 Aprel 2025 İlham Əliyev Alparslan Bayraktarı qəbul edib
04 Aprel 2025 Həqiqi hərbi xidmətdə olmağın yaş həddi ilə bağlı DƏYİŞİKLİK
04 Aprel 2025 Erməni təxribatları ara vermir: Növbəti antiterrorların da aqibəti eyni olacaq
04 Aprel 2025 Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI
04 Aprel 2025 Hikmət Hacıyevə ağır itki üz verdi
04 Aprel 2025 Dünya üçün həyəcan təbili: "Tramp ticarət müharibəsinə başladığını təsdiqlədi"
01 Aprel 2025 İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərildi
01 Aprel 2025 İcmadan “Doyçe Velle”yə etiraz
01 Aprel 2025 Zəlzələ nəticəsində ölənlərin sayı 2700-ü ötüb
01 Aprel 2025 Azərbaycanın səbri sonsuz deyil: Ermənistanın addımları bumeranq effekti verə bilər
01 Aprel 2025 DSX: Dövlət sərhədində uçuş aparatı zərərsizləşdirilib
01 Aprel 2025 Almaniya Azərbaycandan üzr istədi
01 Aprel 2025 Prezident Pezeşkianla danışdı
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov