Ermənistanın baş naziri Nikol Paşinyan "Deutsche Welle" telekanalında həftəlik yayımlanan "Nemtsova müsahibə” proqramının qonağı olub.
verir ki, aparıcı Janna Nemtsova Paşinyanla söhbətdə
Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Jannanın “Siz 9 mayda Dağlıq Qarabağda oldunuz. Putinlə görüşünüzdə Qarabağ münaqişəsinin nizamlanması mövzusunu müzakirə etdinizmi?” sualına Ermənistan baş nazirinin cavabı belə olub:
“Əlbəttə, Putinlə bu haqda danışdıq. Xüsusilə, vurğulamaq lazımdır ki, münaqişənin real şəkildə nizamlanmasına gətirəcək yeganə yol sülhlə həll yoludur. Güc yolu ilə həll yoxdur. Düşünürəm ki, bu, nəinki Ermənistanın, həm də Rusiyanın prinsipial mövqeyidir”.
Janna Nemtsovanın "Bəs, Putinlə söhbətdə Rusiyanın Azərbaycana silah satışı məsələsinə də toxundunuz?" sualına isə Paşinyan “Bəli, əlbəttə. Bu barədə bizim konstruktiv müzakirəmiz oldu. Lakin məsələ ilə bağlı Putinin nə söylədiyini deyə bilmərəm”, - deyə cavab verib.