Xəbər lenti



Göycaydakı hadisə burada yaşansa, xeyli kəndin Bərdə-Tərtər yolu ilə əlaqəsi kəsiləcək



İyunun 2-də güclü yağan yağış Göycay şəhərindəki yeganə körpünü uçurub. Körpüdə hərəkətin dayanması ilə əlaqədar Bakı-Şamaxı-Yevlax magistralı yolu xeyli müddət bağlı qalıb.Bu barədə həm mətbuatda,həm də sosial şəbəkələrdə kifayət qədər məlumat verilib.

Dünən Bizimaz.az-a daxil olan məlumatı araşdırdıqdan sonra belə qənayətə gəldik ki, Göycayda yaşanan hadisə Tərtərdə də baş verə bilər.Belə ki, rayonun Zolgörən,Qəbələ,Nərimanlı,Evoğlu,Düyərli,Mamırlı kəndlərini Tərtər-Bərdə yolu ilə birləşdirən yeganə körpüdə təhlükə yaranma ehtimalı var.


Kənd sakinlərinin verdiyi məlumata görə, bu körpünün əsas dayaqlarının yaxınlığında çınqıl karxanası ücün 20 metr dərinliyində xəndək qazılıb xammal daşınır.Ən maraqlısı da budur ki, Tərtər rayonunun cəbhə bölgəsi olduğu və bu körpünün necə strateji əhəmiyyət daşıması bu arxalı sahibkarların vecinə deyil.Deyilənə görə bu sahibkar rayonun yüksək cinli məmurlardan biri ilə bacanaqdır.

Yəqin ki,belə bir durumda  sakinlərin dərdini dinləyən tapılacaq və bundan sonra bu işbazların həm özləri,həm də onların havadarları layiqli cavablarını alacaqlar. Görəsən Ekologiya və Təbii Sərvətlər nazirliyinin 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin bölgədəki nümayəndəsi nə işə baxır? Yəqin ki, tezliklə hüquq mühafizə orqanları bu məsələyə hüquqi qiymət verəcəklər.

Araşdırmamız davam edir.

Bizimaz.az

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov