22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilib. 40-a yaxın ölkədən 300-dən çox atletin iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxıblar. Onlar tarixi uğura imza ataraq komanda hesabında Avropa birinciliyinin qalibi adına layiq görülüblər.