“Tutaq ki, dövlət kino çəkilməsi üçün 1.5 milyon manat vəsait ayırır. Maliyyə vəsaiti kinostudiyaya çatmamış Vergilər Nazirliyi həmin məbləğin 300 min manatını əlavə dəyər vergisi kimi tutur. Kino çəkilər, gəlir olarsa, vergi də yığılar. Bir filmin vəsaitindən bu qədər vergi tutularsa, çəkilən filmin keyfiyyəti necə ola bilər?”
Bizimaz.az: bunu deputat
Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib. Deputat qeyd edib ki, bu məsələdə güzəştlər olmalıdır.
A.Abbas həmçinin mədəniyyət sahəsində olan ixtisarlardan da danışıb: “
Şuşanın musiqi məktəbi və kollecini birləşdirdilər. Bundan başqa,
Şuşanın mədəniyyət şöbəsini ləğv edib Sumqayıtdakı Regional Mədəniyyət İdarəsinə birləşdirdilər. Bu zaman 260 nəfər ixtisar edildi. Mədəniyyət sahəsində ixtisarlar çox gedir. Kəndlərdə kitabxanaları ləğv edirlər, işçiləri də ixtisar edirlər. Kənddə kitab oxumağa ehtiyac yoxdur, televiziyalarda seriallara baxacaqlar”.