Sentyabr ayında respublika üzrə 3064 cinayət faktı qeydə alınıb.
Bizimaz.az: Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, sentyabr ayının 1-dən 30-dək axtarışda olduğuna görə 736 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, bu müddətdə cinayət törətməkdə şübhəli bilinən 778 nəfər saxlanılıb.