Bu gün günorta saatlarında Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxınlığında biçənək sahəsində başlayan yanğın sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli Parkının ərazisinə keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi 27 ünvanında yerləşən köhnə maşınqayırma zavodunun ərazisində tozun və qoxunun olması ilə bağlı şikayət daxil olub.
Ermənistanın konstitusiya quruluşunun devrilməsində təqsirli bilinərək həbs edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturov zamin üçün tələb olunan 5 milyon dramı (11 min ABŞ dolları) artıq ödəyib.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, Vəkillərin peşə bayramı günü münasibətilə iyulun 30-u saat 09:00-dan 18:00-dək vəkil qurumlarına müraciət edən bütün şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək.
Ölkənin konstitusiya quruluşunun devrilməsində təqsirli bilinən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturov məhkəmənin qərarı ilə zaminə buraxılıb.