Xəbər lenti



Ermənistan Prezidenti Armen Sərkisyanın niyə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə gəldiyi bilinib.

Axar.az xəbər verir ki, Sərkisyan qondarma rejimin rəhbəri Bako Saakyanla birgə Tərtərin işğal altında Çardaqlı kəndini ziyarət ediblər. Burada Sərkisyan Çardaqlının işğalının 26-cı il dönümünə aid tədbirlərdə iştirak edib. Bundan sonra Sərkisyan Talış kəndində olub. Burada erməni hərbçilər qarşısında çıxış edən Sərksiyan gülünc bəyanat verib. Belə ki, Sərkisyan erməni hərbçilərini Aprel savaşının qalibi adlandırıb.

Qeyd edək ki, Çardaqlı kəndi Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilib. Kənd 1992-ci ilə qədər Mağavuz adlandırılıb.



Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Siyam Hacıyevin Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bizimaz.az sərəncamın mətnini təqdim edir:

Siyam Çərkəz oğlu Hacıyev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Qeyd edək ki, S.Hacıyev polkovnik-leytenantdır. O, bir müddət Culfa Rayon Polis Şöbəsinin rəis əvəzi kimi çalışıb.

Müdafiə Nazirliyindən David Tonoyana CAVAB: "Əlavə pul dilənmək..."
 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Nyu-York şəhərinin erməni diasporunun nümayəndələri ilə görüşdə Ermənistanın müdafiə naziri David Tonoyanın “ərazilər əvəzinə sülh formatını dəyişərək yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyik, biz hücum bölmələrinin sayını artıracağıq ki, döyüş əməliyyatlarını düşmən ərazisində apara bilək”, kimi fikirlərini şərh edib.

Ardını oxu...



Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə Qroznı şəhərində səfərdə olub.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov