Xəbər lenti

Direktorun intihar edən Elina barədə elə SƏS YAZISI YAYILDI Kİ... - ŞOK SÖZLƏR/AUDİO
 

Şagirdi faciəli şəkildə vəfat edən 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova intihar edən məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ailəsi haqqında təhqiramiz fikirlər səsləndirib.

Ardını oxu...


 

Prezident İlham Əliyev Asif Hüseynovun Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Digər sərəncamlarla Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Asif Həbib oğlu Hüseynov isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə də yeni təyinat olub. Dövlət başçısının sərəncamları ilə Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Müvafiq sərəncamlarla Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Modern.az ONA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bərdə rayon Polis Şöbəsinin rəisi İlqar Məmmədov tutduğu vəzifədən azad edilərək Bakının Xətai rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə bir müddət əvvəl tutduğu vəzifədən azad edilən Xətai rayon Polis İdarəsinin rəisi Muradəli Babayev isə Bərdə rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Bundan başqa, Sumqayıt şəhər Polis İdarəsinin pasport-qeydiyyat şöbəsinin rəisi Mehman Novruzov tutduğu azad edilərək Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov