Onun sözlərinə görə, 2016-cı il seçkilərində istifadə etdiyi “Amerikanı yenidən qüdrətli edəcəyik” şüarını yenidən istifadə edə bilər.
“Çoxları deyir ki, bu şüar siyasətdə ən böyük leytmotiv (musiqi əsərində təkrar olunan əsas motiv, əsas mövzu - red.) olub”, - deyə Ağ Ev rəhbəri bildirib.
Bununla belə, yeni kampaniyada “Amerikanın qüdrətini qoruyub saxlayaq” şüarından istifadə edəcəyini də istisna etməyib.
Oktyabrın 11-də Aşqabadda MDB dövlət başçıları Şurasının iclası keçiriləcək.
Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov iclasın yüksək səviyyədə təşkili üçün Türkmənistan Prezident Aparatına və Xarici İşlər Nazirliyinə tapşırıq verib.
Bakının Bəşir Səfəroğlu küçəsində baş verən yanğınla bağlı FHN rəsmi məlumat yayıb.
Bizimaz.az xəbər verir ki, Bakı şəhərinin Nəsimi rayonu, B. Səfəroğlu küçəsi 142 ünvanında yanğın barədə məlumatın Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə saat 08:10 dəqiqədə daxil olduğu bildirilib. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri saat 08:15 dəqidədə yanğın yerinə çatıb.
Yanğın nəticəsində Mədəniyyət Nazirliyinə məxsus ümumi sahəsi 378 kv/m olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin yerləşdiyi üçmərtəbəli binanın 3-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 50 kv/m sahədə, digər otağın və dəhlizin tavanı 20 kv/m sahədə yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 08:32 dəqiqədə söndürülüb. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Aprel döyüşlərindən 3 il ötür. Bu döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olan hərbçilərimizdən biri də Pəncəli Teymurov olub.
Azvision.az -ın məlumatına görə, Pəncəli Teymurov 24 mart 1981-ci ildə Astara rayonunun Əzarüd kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. Hərbi xidmətin başa vurduqdan sonra könüllü olaraq xidmətini davam etdirib.
1999-cu ildən başlayaraq Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi xidmət edib. XTQ-də xidmət etdiyi 17 il ərzində özünü çox bacarıqlı bir kəşfiyyatçı kimi göstərib. Dövlət tərəfindən çoxsaylı medallarla təltif olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci ildə onu "İgidliyə görə" medalı ilə mükafatlandırıb.
Pəncəli Teymurov 2016-cı ilin aprel ayının əvvəlində Lələtəpə yüksəkliyinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid gizirimiz doğulduğu Astararayonu Əzarüd kəndində dəfn olunub. Dövlət başçısının 2016-cı il 19 aprel tarixli sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib.
Pəncəli Teymurovun ən böyük arzusu canından çox sevdiyi vətəni uğrunda şəhid olmaq idi. O, öz toyunda çıxış edərək “Mən hər zaman xalqım üçün, vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Mən həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olum, Azərbaycan Respublikasının ay-ulduzlu üç rəngli bayrağına bükülü tabutum dəfn olunmağa getsin" demişdi.
Azvision.az Aprel döyüşlərində şəhid olan Pəncəli Teymurovun ev muzeyindən hazırladığı fotoreportajı təqdim edir: