Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Siyam Hacıyevin Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bizimaz.az sərəncamın mətnini təqdim edir:
Siyam Çərkəz oğlu Hacıyev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.
Qeyd edək ki, S.Hacıyev polkovnik-leytenantdır. O, bir müddət Culfa Rayon Polis Şöbəsinin rəis əvəzi kimi çalışıb.