Xəbər lenti

Azərbaycan Dillər Universitetində (ADU) Aprel döyüşlərinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində dəyirmi masa keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə Aprel döyüşlərində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla Aprel döyüşlərinin xalqımızın, ölkə rəhbərliyinin, Ali Baş Komandanın şücaəti, cəsarəti, dünyaya Azərbaycanı ləyaqətlə tanıtması nöqteyi-nəzərindən son dərəcə ibrətamiz tarix olduğunu bildirib:

“Biz tarixin bu hissəsini ömür boyu yaşatmalıyıq. Sabah bizim böyük qələbələrimiz olacaq. Sabah Aprel döyüşlərindən həcmcə böyük uğurlar bizi gözləyir. Aprel dönüş, qayıdış oldu. Aprel Cocuq Mərcanlı, Talış yüksəklikləri, Lələtəpə oldu.

Mən Talış yüksəkliyində də olmuşam, Cocuq Mərcanlıda da olmuşam. Əsgərlərimizlə, zabitlərimizlə görüşdük. Əsgərlərimiz çox mülayim, eyni zamanda mərd idilər. Bir şeyi hiss etdim ki, bu gün həmin azad edilmiş torpaqlar etibarlı əllərdədir. Layiqli sinələr qoruyur bu gün Azərbaycanı. O yüksəkliyə çıxdıq, gördük ki, müharibə şəraiti üçün o yüksəkliyi əldə etmək asan məsələ deyil. O yüksəkliklərin əldə edilməsi strateji nöqteyi-nəzərdən son dərəcə vacib məqam idi”.

Universitet rəhbəri tələbələrin bir sıra regionlarda yerləşən məcburi köçkün məktəblərində pedaqoji təcrübə keçdiklərini diqqətə çatdırıb:

“Cocuq Mərcanlı Azərbaycanın gözəl yaşayış məntəqəsinə çevrilib. Bu gün Cocuq Mərcanlıda bizim Dillər Universitetinin tələbələri artıq neçə aydır ki, pedaqoji təcrübə keçir. Tələbələr Bakı məktəblərində təcrübə keçməkdənsə, Bərdə, Biləsuvar, Mingəçevir və digər rayonlardakı məcburi köçkün məktəblərində təcrübə keçməyə üstünlük verirlər. Hətta Cocuq Mərcanlı məktəbinin direktorunun xahişi ilə biz təcrübə müddətini də artırırıq”

Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə görüşünün əks olunduğu videoçarx nümayiş olunub.

Mən bu gün kirayədə yaşayıram. Banklar evlərimi əlimdən alıblar. Bir neçə gün öncə uşaqlarımı da məktəbdən çıxarıblar. Onlar da mənim kimi ev dustağına çevriliblər. Anlamadığım bir şey var, sizin təzminat ödənişi göstərişinizi 11 ildir yerinə yetirmirlər. 11 ildə 4 övladım, 2 nəvəm dünyaya gəlib. Bütün ailə tam bir fəlakətdə yaşayır”- hazırda ev dustağı olan iş adamı Sahib İbrahimov özünün Feysbuk profili üzərindən ölkə rəhbərliyinə videomüraciətdə belə deyib. İş adamı S.İbrahimov dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

Ardını oxu...

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Şəmkirdə korrupsioner rəisə qarşı əməliyyat tədbiri həyata keçiriblər. Əməliyyat zamanı 70 fəhlənin əmək haqqını hər ay alıb cibinə qoyan Rayon Kommunal Təsərrüfat Birliyinin rəisi Teymur Hacıyev yaxalanıb.

Ardını oxu...


Cənab Əkrəm İmamoğlu davam edən hüquqi prosesdən niyə narahatdır? Özünü sədr elan edib bu prosesin dayandırılmasını nəyə istinadən istəyir?

Bu sözləri AKP sədrinin müavini Mahir Ünal deyib.

“Özü əlində sənəd sallayaraq qanunsuzluqdan bəhs edir. “ASQ etirazları diqqətə almasın və hüquqi proses dayandırılsın, əlim havaya qaldırılsın” deyir. Bu davranış millətin iradəsinə, hüquq dövlətinə hörmətsizlikdir. Dövlət adam olmaq hüquqi prosesi yox hesab etməmək, “mən sədrəm” deyərək məsələni “oldu-bitdi”yə gətirməməkdir”, - sədr müavini bildirib.

Qeyd edək ki, CHP son olaraq İstanbulda 13 ilçədə (rayon) ilçə seçki qurumlarının verdiyi səslərin yenidən sayılması qərarının ləğv edilməsi üçün İstanbul mahal seçki qurumuna müraciət edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov