Xəbər lenti



Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, “Hüquqşünaslıq” ixtisasının “Kommersiya hüququ” ixtisaslaşması üzrə Yekun Dövlət Attestasiya Komissiyasının sədri, hüquq üzrə fəlsəfə doktoru Sahil Babayevin sədrliyi ilə magistr dissertasiyalarının müdafiəsi keçirilib.

Ardını oxu...


 

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələr Günüdür- Milli Ordusunun yaranması günüdür.1918—ci ilin iyunun 26-da Azərbaycan Cümhuriyyəti hökuməti ilk ordumuzun yaradılması haqqında qərar qəbul etdi.Azərbaycanın ilk müdafiə naziri vəzifəsi isə tanınmış ictimai-siyasi xadim Xosrov bəy Sultanova tapşırıldı.Çox çətin bir dövrdə fəaliyyətə başlayan X.Sultanov vətənimiz üçün faydalı işlər gördü.Bir müddət sonra Qarabağın general qubernatoru vəzifəsinin icrasına başladı.Hansı vəzifədə çalışmasından asılı olmayaraq X.Sultanov əsil cəsarət və vətənpərvərlik nümunəsi göstərmişdir.Bu il həm də X.Sultanovun anadan olmasının 140 illiyidir.Azərbaycan milli ordusunun yaranması günündə onun haqqında olan bu yazımı oxuculara təqdim edirəm

Ardını oxu...


Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib. 
 
Bizimaz.az xəbər verir ki, Birinci-vitse prezidentin sosial şəbəkədə paylaşdığı təbrikdə deyilir: 
 
“Əziz həmvətənlər!
 
Əziz hərbi qulluqçular və veteranlar!
 
Bu gün biz Azərbaycan Silahlı Qüvvələri Gününü qeyd edirik. Bu, hərbi rəşadət, şərəf və igidlik bayramıdır. Bu gün biz həyatını riskə məruz qoyaraq Vətənimizi müdafiə edənlərin qəhrəmanlığına ehtiramımızı bildiririk.
 
Silahlı Qüvvələr Günü əsl ümumxalq bayramıdır. Ordu bizim dövlətçiliyimizin, təhlükəsizliyin və sabitliyin dayağıdır. Dövlətin hərbi qüdrəti bir çox amillərlə şərtlənir. Lakin bizim ordumuzun əsas gücü Azərbaycanın əsgər və zabitlərinin döyüş ruhu və Vətənə hədsiz sevgisidir.
 
Əziz hərbçilərimiz! Biz sizin mərdliyiniz, şücaətiniz və ən yüksək peşəkarlığınızla fəxr edirik. Bu əlamətdar bayram münasibətilə sizi ürəkdən təbrik edirəm”.

istinad
news-inner
  • Bakı Dövlət Universitetinin qabağında maşınlardan çələnglər daşınır. Zalda adamların səsi bir-birinə qarışıb. Səhnədə Şirməmməd Hüseynovun böyük fotosu bizlərə tamaşa edir. Bu gün böyük alimlə vida günüdür.

    Vida mərasiminin keçirildiyi akt zalına Təhsil Nazirliyi, Mədəniyyət və İncəsənət Universiteti və BDU-nun kollektivi adından əklillər və gül çələngi düzülür.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov