Xəbər lenti


 Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizində qəzaya uğraması nəticəsində itkin düşən pilotun kimliyi məlum olub.

 

 
Sözügedən şəxs polkovnik-leytenant Rəşad Atakişiyevdir.
 
Bundan başqa, o, sabiq dövlət müşaviri Qabil Hüseynlinin kürəkənidir. 
 
Q.Hüseynli faktı saytımıza təsdiqləyib. 
 
Qeyd edək ki, hadisə iyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman baş verib. MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
 
Pilotun axtarışı və xilas edilməsi üçün tədbirlər həyata keçirilir.(oxu.az)
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov