Son zamalar vətəndaşlarımızın Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) olan borc tarixçələrinin, yəni “qara siyahı”dan adlarının silinməsi ilə bağlı ictimaiyyət arasında fikirlər səslənir. Belə ki, bir çox hallarda vətəndaşlar “qara siyahı”da adları olduqları üçün kredit təşkilatlarından kredit götürməkdə ciddi çətinliklər yaşayırlar.