Xəbər lenti

 

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən maraqlı açıqlamaları ilə gündəmə gəlib.

 

Ötən gün Respublikaçılar partiyasının Şimali Karolina ştatında keçirilən qurultayında çıxış edən siyasətçi bəyan edib ki, Çin pandemiyaya görə 10 trilyon dollar təzminat ödəməlidir.

“Amerika və bütün dünyanın Çindən təzminat tələb etmək vaxtı artıq çatıb. Biz həmrəy şəkildə bəyan etməliyik ki, CXR öz məsuliyyətsizliyinə görə təzminat ödəməlidir”, - deyə o bildirib.

Tramp əlavə edib ki, ABŞ dərhal Çindən idxal olunan bütün məhsullara gömrük rüsumlarını 100% qaldırmalıdır.

istinad

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov