Vaşinqton Rusiya üçün bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıqla bağlı maneələr yaratmağa çalışır.
Bu barədə Konqresin Nümayəndələr palatasının silahlı qüvvələrlə bağlı komitəsinin yaydığı büdcə layihəsinə dair izahat materiallarında qeyd olunub.
Sənəd Rusiyanın “İyirmilər qrupu”ndan (G20), Bank nəzarəti ilə bağlı Bazel Komitəsindən, Beynəlxalq Sığorta Nəzarəti Assosiasiyasından, Beynəlxalq Qiymətli Kağızlar Komissiyası Təşkilatından təcrid siyasətini nəzərdə tutur.
Sənəddə, həmçinin bu siyasətin davam etdirilməsi üçün zəruri addımların atılması ilə bağlı tələblər irəli sürülür.