Ukrayna Prezidenti Vladimir Zelenski Milad bayramı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinin atəşkəs elan etməsi təklifini rədd edib.
Bu barədə Zelenski teleqram kanalında məlumat verib.
O, hesab edir ki, Rusiya atəşkəsdən istifadə edərək təmas xəttində mövqeyini möhkəmləndirəcək.
“Rusiya Ukraynaya və Avropaya qarşı yeni təcavüz dalğasına hazırlığını gizlədə bilməyəcək”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhələrdə atəşin dayandırılması barədə göstəriş verib. Atəşkəs rejimi yanvarın 6-sı yerli vaxtla saat 12:00-dan yanvarın 7-si saat 00:00-a qədər qüvvədə olacaq.
istinad