Xəbər lenti

 

Yaponiyanın Yokohama şəhəri yaxınlığında karantində saxlanılan “Diamond Princess” kruiz gəmisində koronavirusa yoluxanların sayı daha 60 nəfər artaraq 130-a çatıb.

 

Bu barədə Yaponiyanın “Kiodo” agentliyi xəbər yayıb.

Ötən gün isə 70 nəfərin yoluxduğu bildirilmişdi.

Xatırladaq ki, fevralın 5-də sərnişinlərdən birində virus aşkarlandıqdan sonra “Diamond Princess” Yaponiya sahillərində lövbər atıb. Ümumilikdə, gəmidə 50 ölkədən olan 3700 nəfərdən artıq sərnişin var. Karantin əvvəlcə fevralın 19-na kimi təyin olunmuşdu, lakin təcrid müddəti uzadıla da bilər.

Son məlumatlara görə, yeni növ koronavirus Çinin Uhan əyalətində artıq 871 nəfərin həyatına son qoyub, xəstəliyə yoluxanların sayı isə 29 631-ə çatıb. Ümumi olaraq 1 795 insan virusdan sağalıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov