Xəbər lenti

 

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev milli parlamentin deputatları qarşısında çıxışı zamanı ölkə əhalisinin mühüm problemlərinin həlli üçün ictimai sosial fondun yaradılması barədə göstəriş verib.

Ardını oxu...



İran ABŞ vətəndaşlarına, o cümlədən iranlı general Qasım Süleymaninin qətlində iştirakına görə rəsmi Tehranın yeni sanksiyalar tətbiq etdiyi vətəndaşlara təcavüz edərsə, "ciddi nəticələrlə" üzləşəcək. Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

“Əmin olun ki, Birləşmiş Ştatlar öz vətəndaşlarını qoruyacaq və onların təhlükəsizliyini təmin edəcək”, - deyə Sallivan bildirib.

 

“İran dünən adları hallanan 52 nəfər də daxil olmaqla vətəndaşlarımızdan hər hansı birinə hücum edərsə, bunun ciddi nəticələri olacaq”, - o vurğulayıb.

Şənbə günü İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Əl-Qüds" Xüsusi Qüvvələrinin (SEPAH, İran ordusunun elit bölmələri) komandiri, general Qasim Süleymani və İraq şiə milislərinin “Əl-Həşd əl-Şaabi” qruplaşmasının rəhbər müavini Əbu Mehdi əl-Mühəndisin öldürülməsi ilə əlaqədar sanksiya tətbiq edilən ABŞ vətəndaşları siyahısına 50-dən çox məmuru əlavə edib. Sanksiya siyahısına, o cümlədən Vaşinqton administrasiyasının indiki və keçmiş əməkdaşları əlavə edilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov