Rusiyanın xarici işlər naziri Sergey Lavrov almaniyalı həmkarı Annalena Baerbokla görüşündə NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair təhlükəsizlik zəmanətlərinin verilməsinin vacibliyini vurğulayıb.
Milli.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Lavrov Almaniyanın yeni xarici işlər naziri Baerbok ilə ilk telefon danışığını edib.
Lavrov NATO-nun şərqə doğru genişlənməyəcəyi və Alyansın hərbi infrastrukturunun Rusiya sərhədlərinə köçürülməyəcəyi ilə bağlı hüquqi öhdəliklər şəklində təhlükəsizlik zəmanətlərinin Moskvaya təqdim edilməli olduğunu deyib.
Rusiyalı nazir Rusiya-Almaniya münasibətlərinin vəziyyəti və gələcəyinə dair həmkarı ilə fikir mübadiləsi aparıb.
O, Almaniyanın yeni hökuməti ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində dialoq qurmaq niyyətində olduqlarını bildirib.