2021-ci ilin sonuna Çin əhalisinin sayı 1 milyard 412,6 milyon nəfərə çatıb.
Bizimaz.az bildirir ki, Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bura Honkonq və Makao xüsusi inzibati bölgələrinin və Tayvanın əhalisi daxil deyil.
Bildirilib ki, 2021-ci ildə materik Çinin əhalisinin sayı 480 min nəfər artıb. Ölkədə 10,62 milyon uşaq doğulub. Bu, hər 1 000 nəfərə 7,52 doğuş deməkdir. Ölkə üzrə statistikaya görə, materik Çində 723,11 milyon kişi və 689,49 milyon qadın var.
O cümlədən şəhər əhalisi son bir ildə 12,05 milyon nəfər artaraq 914,25 milyon nəfərə, kənd sakinlərinin sayı isə 11,57 milyon nəfər azalaraq 498,35 milyon nəfərə çatıb.