Ukraynanın Dnepr şəhərində yerləşən hərbi hissələrin birində hərbi qulluqçu Artemiy Ryabçuk xidmət yoldaşlarına atəş açıb.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə yanvarın 27-də yerli vaxtla səhər 03:00 radələrində baş verib. Nəticədə 1-i qadın olmaqla 5 nəfər ölüb, 5-i isə yaralanıb.

20 yaşlı A.Ryabçuk orduda müddətdən artıq həqiqi xidmət hərbi qulluqçu kimi xidmət edirmiş. 

Məlumata görə, hadisə zamanı otaqda ümumilikdə 22-yə yaxın hərbçi olub. Hadisənin baş vermə səbəbləri məlum deyil.