İstanbul qara təslim olub. 

 

Bizimaz.az Türkiyə mediasına istinadən xəbər verir ki, qarın əks təsiri şəhərdə hiss edildiyindən dövlət qurumlarında  iş saatları yerli vaxtla saat 15.30-da başa çatıb. Başakşehir, Beylikdüzü və Esenyurt ərazilərində yağan qar çovğuna çevrilib. Yağan qar səbəbindən sürücülər çətin anlar yaşayıb.

Həmçinin şəhərdə uçuşlar ləğv edilib, ticarət mərkəzlərinin bağlanma saatları irəli çəkilib, avtovağzalda nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulub. İstanbulda yağan qardan sonra yaranan nəqliyyat problemi səbəbindən yollarda sıxlıq artıb. CNN Türk Meteorologiya müşaviri Orhan Şen açıqlamasında, qarlı havanın çərşənbə gününə qədər davam edəcəyini bildirib.

Qeyd edək ki, İstanbul şəhərində şəxsi avtomobillərin hərəkətinə qadağa qoyulub. Bu barədə İstanbul valisi Əli Yerlikaya tvitter hesabında paylaşım edib.

O, yerli vaxtla saat 13.00-a qədər şəxsi avtomobillərin hərəkətinə qadağa qoyulduğunu açıqlayıb.

Səbəbin əlverişsiz hava şəraiti olduğu göstərilib.

 
BAKU.WS
VİDEO