1996-cı ildən etibarən hər il keçirilən "Miss & Mister Azerbaijan" Milli gözəllik müsabiqəsinin budəfəki final gecəsi Opera studiyasının konsert zalında baş tutdu. Bu dəfə birincilik uğrunda 17 kişi və 16 xanım finalçı mübarizə aparırdı. Finala aparan 6 aylıq yol kastinqlər, açılış, yarımfinal, və həftəlik məşqlərdən keçdi.