Xəbər lenti



Dünya şöhrətli aktrisa Monika Belluççi ilə aktyor Vensan Kasselin 14 yaşlı qızı Deva Kassel moda həftəsində bütün diqqətləri öz üzərinə toplayıb.

 

Bizimaz.az  xarici mətbuata istinadən xəbər verir ki, ulduz cütlüyün qızı Milan Moda həftəsində “Dolce & Gabbana”nın kişi yaz-yay kolleksiyasının dəfiləsində iştirak edib. Bu, bir neçə ay əvvəl özünü model kimi sınayan Devanın ilk çıxışı olub.

O, dəfiləyə sözügedən moda evinin geyimlərində gəlib. Deva nümayiş üçün qara dar şalvar, atlas pencək və qırmızı krujeva top seçib. Saçlarını açıq qoyan model obrazını “Dolce & Gabbana”nın məşhur çantası ilə tamamlayıb.

Qeyd edək ki, Deva aprel ayında italyan moda evinin yeni ətrinin reklamında çəkilərək onun siması olmuşdu.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov