Xəbər lenti



"Tək qalıb düşünməyi sevirəm. Yaşadıqlarımı yada salıb, yaşayacaqlarımı xəyal etməyi sevirəm. Hərdən nə isə dərd edirəm, kefim pozulur. Üzümdəki gülüş gedir. Sonra yadıma keçdiyim sınaqlar düşür... Dərd etdiklərim sonra bəsit görünür. Çünkü tam dəqiq olaraq anlayıram, ölümdən başqa reallıq yoxdur".

 

Bizimaz.az Publika.az-a istinadən  xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva instaqramda yazıb. Bloger kimi fəaliyyət göstərən Aynişan şəxsi həyatındakı sıxıntılarından danışıb. O bildirib ki, son vaxtlarda bütün diqqətini özünə yönəldib:

"Sadəcə ruhumu bəsləmək, onu dinləmək, məhz ona xitab etmək istədiyimi anlayıram. Başqa insanların səs-küyü o qədər qulaqlarımı kar edib ki, sadəcə iç səsimi eşidirəm. Belə olmaq daha yaxşıdır. Çünki dəqiq bilirəm nə istədiyimi, kimi sevib, kimi sevmədiyimi. Öz aləmində yaşamaqdan gözəl heç nə yoxdur... Hərkəs kimi düşünməmək, fərqli olmaq, biraz dəli olmaq... Və özünə bənzər dəlini tapmaq".

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov