Aktrisa Beren Saatın qayınanası ilk dəfə oğlu ilə gəlinin münasibətlərinə aydınlıq gətirib.
Publika.az “Hurriyet”ə istinadən xəbər verir ki, Kənan Doğulu dünən açıq havada konsert verib. Onu izləməyə gələn tamaşaçılar arasında anası Serpil Doğulu da olub. Ulduzun anası konsert sonrası jurnalistlərin suallarını cavablandırıb:
"Onu heç vaxt tək qoymuram. Ən çox “Bu günüm sensiz geçti” mahnısını sevirəm. Bu bəstəni atası üçün yazmışdı. Səhnə performansı möhtəşəmdir, ondan yaxşısını tanımıram. Bütün pop ifaçılarını sevirəm, amma o, mənim oğlumdur. Beren ilə Kənan ayrı deyillər. Hər şey qaydasındadır. Hər kəs öz işi-gücü ilə məşğul olur”.