Müğənni Samirə Əfəndə Qazaxıstanda keçirilən “Star of Asia” Beynəlxalq Mahnı Festivalında möhtəşəm çıxışı ilə yadda qalıb.
Bizimaz.az xəbər verir ki, bir neçə gün əvvəl baş tutan festivalda Cənubi Koreya, Amerika, Gürcüstan, Çin, Yaponiya, Azərbaycan, Hindistan, Türkiyə, Özbəkistan və digər ölkələrin sənət adamları iştirak edib. Həmyerlimiz isə bu möhtəşəm tədbirdən mükafatla qayıdıb. Bu barədə Samirə Əfəndi özü instaqramda məlumat verib:
“Möhtəşəm festivalda Azərbaycan adından çıxış etməkdən böyük məmnunluq duyuram. Böyük qürurla ölkəmizi bir daha respublikadan kənarında təmsil edirəm. Bütün dəstəyinizə, isti qarşılamaya, xoş sözlərə görə və bütün təşkilati komandaya sonsuz minnətdarlığımı bildirirəm".