Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram ərəfəsində və bayram günlərində – 28 dekabr tarixindən, 2 yanvar da daxil olmaqla, 70 mindən çox sərnişinin ölkədaxili və beynəlxalq səfəri təmin edilib.
Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ləğv edilərək, onların əsasında Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılıb.
Həbsdə olan video-bloqer Mehman Hüseynovun ona qarşı yeni ittiham irəli sürüləndən sonra aclıq aksiyasına başlaması barədə məlumat rəsmi təkzib olunub. M.Hüseynovun yaxınları onun 8-ci gündür ki, yeməkdən imtina edərək quru aclıq aksiyası keçirdiyini iddia ediblər.