Xalq artisti Leyla Şıxlinskaya rəhbəri olduğu klinikanı satıb.
Bizimaz.az bildirir ki. ”Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq klinikaya yeni direktor da təyin edilib. Qeyd edək ki, xəstəxana 1999-cu ilin avqust ayında açılmışdı. Mərkəzə açıldığı gündən etibarən Leyla Şıxlinskaya başçılıq edib.
Şıxlinskayanın klinikasının adı ötən il məhkəmə çəkişmələri ilə yadda qalıb. Belə ki, L. Şıxlinskaya klinikanın baş mühasibi işləmiş Şəhla Abbasovanı 1 milyon vəsaiti mənimsəmək iddiası ilə işdən çıxarıb. Məhkəmə ekspertizası isə dəyən ziyanın 56 min manat olduğunu üzə çıxarıb. L. Şıxlinskaya ilə bu məbləğlə razılaşmayıb.
“AzPolitika.info” xatırladır ki, bundan əlavə, klinikada vergidən yayınma hallarının olduğuna dair də istintaq aparılıb. Belə ki, “Leyla Şıxlinskaya” klinikasında aparılan yoxlamalar zamanı müəssisənin 8 milyon manat vergidən yayındığı aşkarlanıb. Faktla bağlı Vergilər Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə iş başlanılıb.
Qeyd edək ki, Şıxlinskayanın şikayəintə əsasən həbs olunan Şəhla Abbasovanın da 1 milyon manata yaxın vəsaiti məhz klinikanın “qara kassasından” oğurladığı iddia olunurdu.