Bir neçə ildir Bakı şəhərinin Xətai rayonu ərazisində tikintisi davam etdirilən Ağ şəhər layihəsinin ərazisinin genişləndirilməsinə qərar verilib.
Bizimaz.az xəbər verir ki, hazırda Babək və Nobel prospektinin arasınakı bir vaxtlar Qara Şəhər kimi tanınan ərazidə həyata keçirilən layihənin ərazisi perspektiv tikinti sahəsi üçün bir neçə dəfə genişləndirilib.
Belə ki, gələcəkdə Ağ şəhər layihəsinin şimal və şərq istiqamətində, yəni Babək prospektinin Heydər Əliyev və Ziya Bünyadov prospektləri – Böyükşor gölünə qədər genişləndirilməsi, həmçinin NZS qəsəbəsinə doğru ərazilərin alınması planlaşırılır.
Artıq perspektiv layihə ilə bağlı Ağ şəhər layihəsinin internet səhifəsində də məlumatlar yenilənib.
Qeyd edək ki, hazırda Ağ Şəhərdə tikinti işləri sürətlə davam etdirilir, ərazidə metro tikintisi də yekunlaşmaq üzrədir.