Xəbər lenti


Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Ardını oxu...

"Bakcell"ə yeni rəhbər təyin olundu
 

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkətinin yeni baş icraçı direktoru vəzifəsinə cənab Rainer Rathgeber təyin ediləcək. O, şirkətdə fəaliyyətinə növbəti ay ərzində müvafiq prosedurlar bitdikdən sonra başlayacaq.

Ardını oxu...

Bu il Azərbaycanda biri güclü olmaqla üç vulkan püskürməsi ehtimal olunur.

Bunu Report-a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

O bildirib ki, vulkanların püskürəcəyi ərazi Abşeron yarımdası və Ələt zonasını əhatə edəcək: “Bu il Abşeron rayonunda Bozdağ-Qobu, Ələt zonasında Bahar və Qobustanda da Şıxzahırlı vulkanlarının püskürəcəyini ehtimal edirəm. Həmin vulkanların bu ilin sonuna qədər püskürəcəyi gözlənilir. Bunların arasında Bozdağ-Qobu vulkanı güclü püskürür. Azərbaycanda mövcud olan vulkanların hamısının ayrıca fəaliyyət xüsusiyyəti var. Elə vulkanlar var ki, 10, 20 və ya 30 ildən bir il püskürür. Vulkanların püskürməsində standart zaman müddəti yoxdur”.


Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası yeni qayda ilə hesablanacaq.

Bununla bağlı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Dəyişikliyə əsasən, qanunun 1.0.5-ci maddəsinə “buraxıldığı günə” sözlərindən sonra “(sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə)” sözləri əlavə edilir.

Mövcud qanunvericiliyə əsasən kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərxis olunan günə aldıqları pul təminatından hesablanır. Qeyd olunan şəxslər xidmətdən tərxis olunmazdan əvvəl sərəncama götürülür, daha sonra isə xidmətdən tərxis olunurlar.

Belə olan halda onların pensiya hesablanan pul təminatının məbləği aşağı olur. Belə ki, bu hallarda birbaşa xidmətlə əlaqədar bəzi əlavələr (məxfi sənədlərlə iş, peşəkarlığa, mühüm tapşırıqlara, xidmətdə fərqlənməyə görə əlavələr) və sonrakı artımlar pensiyada nəzərə alınmır.

Qanuna dəyişiklik kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin pensiya təminatının yaxşılaşdırılması məqsədilə təqdim edilir. (trend)

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov