3 iyun 2021-ci il tarixində Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 110/35/6 kilovoltuq “Binəqədi” yarımstansiyasının açılışında iştirak edib.
Keçən il “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun müddəalarının tələblərini pozan yerli icra hakimiyyəti orqanlarında qulluq keçən 201 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib.
Bu gün Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Pakistanda keçirilən İkinci Ümumi Konfransı çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb.
Birinci Qarabağ müharibəsi zamanı əsir düşən və erməni silahlıları - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin işgəncə verdiyi şəxslər bugünkü məhkəmə iclasından sonra mediaya açıqlama veriblər.
Yasamal Rayon Məhkəməsinin inzibati binasında erməni cinayətkarları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin iclası başlayıb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib.