Xəbər lenti

“Lüdvik Mkrtiçyanın mənə verdiyi işgəncə izləri hələ də qalır”
 

 

Birinci Qarabağ müharibəsi zamanı əsir düşən və erməni silahlıları - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin işgəncə verdiyi şəxslər bugünkü məhkəmə iclasından sonra mediaya açıqlama veriblər.

 

Bizimaz.az Trend-ə istinadən xəbər verir ki, zərərçəkmişlərdən biri - Həbib Kazımov deyib ki, 1993-cü ildə Qubadlı ermənilər tərəfindən işğal olunan zaman yaralı halda ermənilərə əsir düşüb.

O bildirib ki, 1 il 9 ay erməni əsirliyində olub: “Əsirlik dövründə ermənilər dəmirlə, armaturla, dəmir dəyənəklərlə, çəkiclə məni döyüb, əzab veriblər. Bu gün burada mühakimə olunan hər iki terrorçu həmin işgəncələrdə yaxından iştirak edib. Bunların hər ikisinin orada təxəllüsü olub. Biri “Yoxa”, biri “Ayoşa” ləqəbi daşıyırdı. Mkrtiçyan Lüdvik “Yoxa” ləqəbi daşıyırdı. O burada deyir ki, Azərbaycan dilini bilmir. Lakin orada bizlə o danışırdı. Bizi Azərbaycan dilində belə təhqir edirdi”.

Zərərçəkən deyib ki, onun əsirlikdə saxlanıldığı kamerada daha 40-a yaxın azərbaycanlı olub:

Onlardan işgəncə vaxtı ölən də oldu, işgəncələrə dözməyənlər də vardı ki, intihar etdilər.

Bir ona sevinirəm ki, hazırda bu terrorçular dövlətimiz tərəfindən tutularaq məhkəmə önünə çıxarılıblar və etdiklərinin cəzasını çəkəcəklər. Üzləşmə zamanı da məni tanıdılar”.

Digər zərərçəkən Qərib Rövşənoğlu deyib ki, atəşkəs dövründə, 1999-cu ildə əsir düşüb: “Erməni əsirliyində olarkən Mkrtiçyan Lüdvik Mkrtiçoviç şəxsən mənə işgəncə verib. Onun verdiyi işgəncələrin izləri hələ də qalır. Sinəm qırıqdı, başımda əziklər var. Çoxlu işgəncələrə məruz qalmışam. Ona görə də mən buradayam. Lüdvik Mkrtiçyan məni görən kimi tanıdı.

O, həm orada azərbaycan dilində tərcüməçi işləyirdi, həm də bizə işgəncə verirdi. Bu gün o məhkəmədə deyir ki, azərbaycan dilində bilmir, amma əsirlikdə olanda bizimlə azərbaycan dilində danışırdı”.

Qeyd edək ki, bu gün Birinci Qarabağ müharibəsi zamanı əsir düşən Azərbaycan vətəndaşlarına işgəncə verən və onları qətlə yetirən ermənilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin məhkəməsi keçirilib.

Fotoda: Həbib Kazımov

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov