"Burada İsrail texnologiyasından istifadə edilərək, süd istehsal edən bir müəssisə təsis olunacaq. Sonra məhsullar yaxındakı İtaliya fabrikinə veriləcək. İtaliya fabiriki isə pendir və digər süd məhsulları istehsal edəcək”.
Sülh razılaşması imzalandıqdan sonra Ermənistanın minalanmış ərazilərin xəritəsini təhvil verməkdən imtina etməsi bütün mövcud beynəlxalq normaların pozulması deməkdir.
Azərbaycan ictimaiyyəti Rusiyada 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən yol polisi müfəttişi Aleksandr Qusevin azadlığa buraxılması ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.
İtaliyanın müxtəlif siyasi partiyalarından olan senator və deputatları Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən ikisi jurnalist olmaqla üç azərbaycanlı mülki şəxsin tank əleyhinə minaya düşərək həlak olması və hadisə zamanı dörd mülki şəxsin də yaralanması ilə bağlı açıqlamalar verərək Ermənistanın Azərbaycanın minalanmış ərazilərinin xəritələrini təqdim etməməsini kəskin şəkildə qınayıb və xəritələrin təcili olaraq Azərbaycana təhvil verilməsini tələb ediblər. Parlamentarların açıqlamaları onların sosial şəbəkə profillərində və İtaliyanın kütləvi informasiya vasitələrində dərc olunub.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, media nümayəndələrinin dünən minaya düşərək həlak olması Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1738 saylı qətnaməsini pozur.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın Kəlbəcər rayonunda Ermənistan tərəfindən basdırılmış minaya düşərək həlak olan mülki şəxslərlə bağlı bəyanat yayıb.
Baş Prokuror Kamran Əliyev işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində bir qrup şəxsin minaya düşməsi faktı ilə əlaqədar bir sıra beynəlxalq təşkilatlara rəsmi məktub ünvanlayıb.
Səbail Rayon Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.