Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan iyunun 15-də Şuşada “Xan qızı” bulağında olublar.
“Türkiyə olaraq azadlıq mübarizəsində olduğu kimi, inşa fəaliyyətlərində də qardaşlarımıza hər cür töhfəni veririk və buna davam edəcəyik. Ən qısa zamanda evlərinə qayıtmağı gözləyən azəri qardaşlarımız üçün də hər formada səy göstərəcəyik. Əlbəttə ki, bu mövzuda dəyərli qardaşım İlham Əliyevin xüsusi çalışmaları var”.
“Bu gün fərqli bir həyəcanın və hisslərin içərisindəyik. Allaha həmd olsun ki, daha əvvəllər söz verdiklərimizi bu gün yerinə yetirdik. Şükürlər olsun ki, 44 günlük müharibədən sonra Qarabağ öz sahiblərinə qayıtdı, erməni işğalından azad olundu”.
“Həm mədəni, həm tarixi, həm də hərbi müstəvidə bir sıra anlaşmaların imzalanacağını bilirik. Bu anlaşmalarla birlikdə Türkiyə-Azərbaycan münasibətləri daha yuxarı səviyyəyə qalxacaq”.
İyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı özünün "Twitter"dəki səhifəsində Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.