"Burada İsrail texnologiyasından istifadə edilərək, süd istehsal edən bir müəssisə təsis olunacaq. Sonra məhsullar yaxındakı İtaliya fabrikinə veriləcək. İtaliya fabiriki isə pendir və digər süd məhsulları istehsal edəcək”.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri İsrailin Azərbaycandakı səfiri Corc Dik Ermənistanın işğalından azad olunan Zəngilan rayonuna səfəri zamanı deyib.
Qeyd edək ki, israilli diplomat “Smart City” layihəsi çərçivəsində Zəngilanda südçülük təsərrüfatının yaradılacağı əraziyə baş çəkib.
BAKU.WS