Xəbər lenti

İranın yeni prezidenti bu tarixdə vəzifəsinin icrasına başlayacaq
 İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin andiçmə mərasiminin keçiriləcəyi tarix məlum olub.

Bizimaz.az "Report"a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədr müavini Əli Nikzad jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, İran prezidenti Həsən Ruhaninin səlahiyyət müddəti avqustun 3-də başa çatacaq və həmin gün İbrahim Rəisi and içərək vəzifəsinin icrasına başlayacaq.

Ə.Nikzad deyib ki, mərasimdə yerli və xarici qonaqlar da iştirak edəcəklər. Mərasim parlamentdə keçiriləcək və koronavirus pandemiyası ilə əlaqədar əlavə tədbirlər də görüləcək.

Qeyd edək ki, iyunun 18-də İranda keçirilən prezident seçkilərində İbrahim Rəisi qalib gəlib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edib.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov