![]() |
Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Fransa Azərbaycanın saxlanılan 15 ermənini azad etməsini, Ermənistan tərəfindən Füzuli və Zəngilan rayonlarının mina xəritələrini təhvil verməsini alqışlayır.
Rusiyanın səhiyyə naziri Mixail Muraşko bu gün Azərbaycana səfərə gəlib.
Türk Dünyası Mühəndislər və Memarlar Birliyi (TDMMB) Azərbaycanın Qarabağ bölgəsindəki Şuşa şəhərinin bütün Türk dünyasının mədəniyyət paytaxtı elan olunmasını təklif edib.
Sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi məhkəmənin vaxtı məlum olub.
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydeni təbrik edib.
BMT-nin Baş katibi Antonio Quterreş Şimali Makedoniyadan olan Vladanka Andreyevanı təşkilatın Azərbaycandakı rezident əlaqələndiricisi təyin edib. Azərbaycan hökuməti təyinata razılıq verib.
Heydər Əliyev Fondu Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması xərclərini öz üzərinə götürüb.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov barəsində olan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.