Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ağdam Cümə məscidi ilə bağlı paylaşım edib.
“Həsrət bitəcək. Sakinlərinlə görüşəcəyin günlər yaxınlaşır, Ağdam Cümə məscidi”, - deyə diplomatın “Twitter” hesabında yazdığı şərhdə bildirilir.
Qeyd edək ki, səfir Qarabağ Dirçəliş Fondunun və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan “Karabakh.Center” portalının təqdimat mərasimində iştirak edib. O, paylaşımına həmin tədbirdən görüntüləri də əlavə edib.